Kiprdə şübhəli pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsi və qısa müddət əvvəl RAF Akrotiri bazasına hücum edilməsi adada fövqəladə vəziyyət yaradıb. Təhlükə səbəbindən əhali arasında ciddi panika baş qaldırıb, mülki müdafiə sisteminin və mövcud təhlükəsizlik kamplarının isə acınacaqlı halda olduğu üzə çıxıb.
Postxronika.az xəbər verir ki, ölkədəki 2480 sığınacaqdan təxminən 480-nin yararsız, əlçatmaz və ya ümumiyyətlə mövcud olmaması rəsmilər tərəfindən təsdiqlənib. Yaranmış böhran qarşısında Kipr prezidenti Nikos Xristodulides hazırlıqsız olduqlarını etiraf edərək, prosesi idarə etmək üçün milli koordinator təyin ediləcəyini açıqlayıb. Həmçinin, mənzil binalarında yeni bunkerlərin inşasını stimullaşdırmaq məqsədilə tikinti şirkətlərinə yönəlik xüsusi qanun layihəsi hazırlanıb. Hakimiyyətin yaranmış vəziyyətə zəif reaksiyası fonunda vətəndaşların əsaslı narazılıqları və təcili islahat tələbləri getdikcə artmaqdadır.