Super Liqanın 26-cı həftəsində "Qalatasaray" evdə "Başakşehir"i qəbul etdi. Kritik matçın ilk yarısı qolsuz başa çatdı, lakin "sarı-qırmızılılar" ikinci hissədə 3 qol vuraraq qalib gəldilər. Matçdan sonra köməkçi məşqçi İrfan Saraloğlu açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, Okan Buruk cəzalı olduğuna görə "Qalatasaray - Başakşehir" matçını tribunadan izlədi. Matçdan sonra Burukun köməkçisi İrfan Saraloğlu dedi:
"Vacib bir qələbə qazandıq. "Fənərbaxça"nın dünənki məğlubiyyəti bugünkü matçın əhəmiyyətini artırdı. Fərqi 7 xala necə çatdıra bilərik? Bunu qələbə ilə edə bilərdik. Bəzi oyunçularımıza istirahət verdik, çünki qarşıda Liverpul matçı var. Bütün matç boyu olmasa da, ikinci hissə bizim üstünlüyümüzlə keçdi. Rəqibin on nəfərlə geridə qalması da təsir etdi, amma ilk hissədə də dominant idik. Ümid edirəm ki, ölkəmizə bayram öncəsi hədiyyə verə biləcəyik".