Paramount Pictures Maks Landisin “G.I. Joe” film layihəsi üzərində hazırladığı ssenariyi davam etdirməyəcək. Landis əvvəllər studiya tərəfindən ''Hasbronun'' sevilən oyuncağı ''G.I. Joe'' üçün film adaptasiyası üzərində işləmək üçün seçilmişdi.
Postxronika.az xəbər verir ki, ''Paramount'' hələ də digər ssenaristlərlə danışıqlar aparır və yeni ssenarilər gözləyir. Onlardan biri, “The Righteous Gemstones” serialının ulduzu Denni MakBrayd, fərqli bir ''G.I. Joe'' ssenarisi üzərində işləyir. Filmin prodüseri isə “Transformers” və “Shooter” kimi filmlərin arxasında olan Lorenzo di Bonaventuradır.
Maks Landis, məşhur rejissor Con Landis’in oğludur və 2017-2019-cu illərdə seksual davranış iddiaları səbəbindən uzun müddət iş görməmişdi. O, şəxsi səhvlərini qəbul edərək keçmiş münasibətlərində zərərli olduğunu etiraf edib. Həmin iddialar nəticəsində Landis nümayəndələrindən ayrılıb və planlaşdırdığı layihələr ləğv olunub.