ABŞ Prezidenti Donald Trampın Böyük Britaniya, Çin, Fransa, Yaponiya və Cənubi Koreya kimi dövlətləri İranın blokadaya aldığı Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırmasına baxmayaraq, beynəlxalq reaksiya ehtiyatlı olaraq qalır. Dünyanın ən mühüm gəmiçilik marşrutlarından birinin bağlanması qlobal neft bazarında ciddi qıtlığa və qiymət artımına səbəb olsa da, ölkələr öz donanmalarını birbaşa təhlükəyə atmaqdan çəkinirlər.
Postxronika.az xəbər verir ki, Tehran rəhbərliyi müttəfiqlərə məxsus istənilən neft tankerini qanuni hədəf elan edərək dərhal məhv edəcəyini bildirməsi vəziyyəti daha da qəlizləşdirir. Hazırda Böyük Britaniya minatəmizləyən dronların göndərilməsini, Yaponiya və Cənubi Koreya isə ABŞ-la məsləhətləşmələri davam etdirməyi planlaşdırır. Fransa hərbi gəmi göndərməkdən qəti şəkildə imtina edərək yalnız gərginlik azaldıqdan sonra sırf müdafiə xarakterli müşayiət missiyasına qoşula biləcəyini açıqlayıb. Çin isə məsələnin həllində hərbi müdaxilədən daha çox diplomatik danışıqlara üstünlük verərək gərginliyin azaldılmasında konstruktiv rol oynamağa çalışır.