"İndykaila News" nəşrinin məlumatına əsasən, "Çelsi" rəhbərliyi komandanın hazırkı baş məşqçisi Liam Roseniorun gələcək taleyi ilə bağlı ciddi narahatlıq keçirir. London təmsilçisinin rəsmilərindən biri bu posta hazırda PSJ-yə rəhbərlik edən Luis Enrikeni potensial əvəzləyici kimi dəyərləndirir. Ehtimal olunur ki, vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə, ingilis mütəxəssis əvvəllər işlədiyi Fransanın "Strasburq" klubuna geri dönəcək.
Postxronika.az xəbər verir ki, çalışdırıcının fəaliyyəti ilə bağlı narazılıqlar martın 14-də Premyer Liqanın 30-cu turu çərçivəsində "Nyukasl Yunayted"ə qarşı keçirilən və 0:1 hesablı məğlubiyyətlə bitən matçdan sonra daha da kəskinləşib. İspaniyalı əsas namizədin isə Paris klubu ilə 2027-ci ilin yayına qədər qüvvədə olan rəsmi müqaviləsi mövcuddur.