ABŞ-də hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində uşaqların zərər görə biləcəyi böyük bir faciənin qarşısı alınıb. Demokrat Partiyasından olan nümayəndə Slotkin və Miçiqan ştatının qubernatoru Qretxen Uitmer şübhəli şəxsi zərərsizləşdirərkən öz həyatlarını təhlükəyə atan polislərin fəaliyyətini yüksək qiymətləndirərək onları qəhrəman adlandırıblar.
Postxronika.az xəbər verir ki, bu ərəfədə Yaxın Şərqdəki münaqişənin Amerika ərazisində siyasi motivli "tənha canavar" hücumları riskini daha da gücləndirdiyi barədə xəbərdarlıq edilib. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəsmisi Adam Smit "ABC" telekanalına müsahibəsində mövcud müharibə dalğasının artıq genişlənməkdə olduğunu vurğulayıb. Konqresmen ölkədəki əvvəlki terror aktlarını xatırladaraq, hadisələr arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmağın yanlış ola biləcəyini, lakin təhlükəsizlik qüvvələrinin ehtimal edilən yeni təhdidlərə qarşı hər an hazır durmalı olduğunu qeyd edib.