Dünyada baş verən xaotik hadisələr və gündəlik qayğılar fonunda insanların özlərini daim gərgin hissetməsi təbiidir. Lakin mütəxəssislər mənfi situasiyalarda psixoloji dayanıqlılığı artırmaq və daxili rahatlıq tapmaq üçün müxtəlif elmi əsaslı üsullar tövsiyə edirlər.
Postxronika.az xəbər verir ki, alimlərin qənaətinə görə, böhranları idarə etməyin ən təsirli yollarından biri "emosional dəqiqlik", yəni hissləri spesifik terminlərlə adlandırmaq bacarığıdır. Belə ki, sadəcə pis olduğunuzu dilə gətirmək əvəzinə, məyusluq və ya ekzistensial ümidsizlik kimi konkret sözlərdən istifadə etmək zehni sağlamlığa müsbət təsir göstərir. Tədqiqatçılar digər mədəniyyətlərə xas unikal emosiya ifadələrini öyrənməyin, məsələn, finlərin fövqəladə qətiyyətini bildirən "sisu" anlayışının insana əlavə motivasiya verdiyini vurğulayırlar. Amerikalı nevroloq Liza Feldman Barrettin də qeyd etdiyi kimi, fərqli duyğu adlarına sadəcə vəziyyəti təsvir edən sözlər kimi deyil, həyatdakı maneələrlə mübarizə aləti kimi yanaşmaq lazımdır.