İranın Xarici İşlər naziri Abbas Araqçi ABŞ və İsrailin hücumlarının 16-cı günündə Tehranı geri çəkilməyəcəyini və atəşkəs tələb etmədiklərini qeyd edib.

Postxronika.az xəbər verir ki, nazir hücumlar nəticəsində Hark adasının və nüvə obyektlərinin ciddi dağıntılara məruz qaldığını, hətta 440 kiloqram zənginləşdirilmiş materialın dağıntılar altında qaldığını təsdiqləyib. O, Vaşinqtonla dialoqun hücumlar fonunda mənasızlaşdığını bildirərək hazırkı vəziyyəti Donald Trampın başlatdığı "qanunsuz müharibə" kimi xarakterizə edib.

​Əraqçi İranın yalnız ABŞ-nin hərbi infrastrukturunu hədəf aldığını iddia edərək Hörmüz boğazından keçid üçün bir çox ölkənin Tehranla əlaqə saxladığını qeyd edib. Ölkədə internetin təhlükəsizlik baxımından kəsildiyini vurğulayan nazir həbsdəki ABŞ vətəndaşlarının taleyinin birbaşa hücumların dayandırılmasından asılı olduğunu bildirib.

Qeyd edilib ki, rəsmi rəqəmlərə görə, 28 fevraldan başlayan hərbi əməliyyatlar nəticəsində İranda 1348 nəfər həlak olub, 17 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.