2026-cı il ''Academy Awards'' mərasimində Timote Şalame diqqət mərkəzində olan simalardan biri oldu. Aktyor ''Marty Supreme'' filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında namizəd göstərilsə də, təəssüf ki, mükafatı qazana bilməyib.


Postxronika.az xəbər verir ki, Coş Safdienin rejissoru olduğu film Nyu-Yorkun Lower East Side bölgəsində yaşayan və uğur qazanmağa çalışan stolüstü tennis oyunçusu Marty Mauserin hekayəsindən bəhs edir. ''A24'' studiyasının istehsalı olan ekran əsəri ümumilikdə doqquz ''Oscar'' nominasiyası əldə edib. Filmdə həmçinin Quinet Paltrou, Tayler, the Creator, Odessa A’zion, Kevin O’Leary, Abel Ferrara, Fran Dreşer , Emori KohenSandra Bernhard kimi tanınmış adlar rol alıb.

Filmin tanıtım kampaniyası da qeyri-adi üsulları ilə diqqət çəkib. Marketinq çərçivəsində aktyorun iştirak etdiyi satirik reklam görüşü, Nyu-Yorkda stolüstü tennis turnirində sürpriz çıxışı və Empire State binasının narıncı işıqla işıqlandırılması kimi aksiyalar həyata keçirilib.

Buna baxmayaraq, Chalamet mərasimdən əvvəl opera və balet barədə səsləndirdiyi fikirlərə görə mübahisələrin mərkəzinə düşmüşdü. O, Mettyu Makkonahi ilə keçirilən bir müzakirədə tamaşaçı marağı olmayan sənət sahələrində çalışmaq istəmədiyini deyərək opera və baleti misal gətirmişdi. Bu açıqlama Hollivudda müxtəlif reaksiyalara səbəb olsa da, aktyor ''Oscar'' gecəsinin ən çox danışılan simalarından biri kimi yadda qalıb.