Polşalı hakim Şimon Marçinyak UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul - Qalatasaray" matçını idarə edəcək. "Qalatasaray" 18 mart çərşənbə günü UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda İngiltərənin "Liverpul" komandası ilə səfərdə qarşılaşacaq.
Postxronika.az xəbər verir ki, onun köməkçiləri Tomaş Listkeviç və Adam Kupşik olacaq. Dördüncü hakim isə Pavel Raçkovski olacaq. VAR sisteminə italyan Marko Di Bello, "Liverpul - Qalatasaray" matçında isə AVAR funksiyasını Daniele Çiffi yerinə yetirəcək.