Azad olunmuş ərazilərdə minatəmizləmə işləri ilə məşğul olan qurumların həyata keçirdiyi əməliyyatların həftəlik (10.03.2026 – 15.03.2026) hesabatı təqdim edilib. 

Postxronika.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı məlumata əsasən, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, həmçinin Qazax rayonunun azad olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində icra olunan əməliyyatlar zamanı ümumilikdə 129 piyada əleyhinə mina, 194 tank əleyhinə mina və 724 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd olunub ki, bu müddət ərzində 1234,5 hektar ərazi mina və PHS-lərdən tam təmizlənib.