İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran səmasında İsrailə məxsus "Heron" tipli pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib. 

Postxronika.az xəbər verir ki, PUA ötən gecə vurulub.

Məlumata görə, silahlı qüvvələr eyni zamanda İranın cənubundakı Cəm şəhəri yaxınlığında İsrailə məxsus digər bir "Hermes" PUA-sının da sıradan çıxarıldığını bəyan edib. Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, regionda gərginlik fevralın 28-də İsrailin İrana qabaqlayıcı zərbə endirməsi və ABŞ-nin bu əməliyyatda iştirakını təsdiqləməsi ilə pik həddə çatıb. Buna cavab olaraq İran İsrailə ballistik raketlərlə hücum edib, martın 1-də isə ölkənin Ali Lideri Əli Xameneinin öldürüldüyü barədə bəyanat yayılıb. İran həmçinin ABŞ bazalarının yerləşdiyi qonşu ölkələrə də zərbələr endirib.