Cənnət diyarım, Qarabağ! Musiqinin, ədəbiyyatın, incəsənət və mədəniyyətin beşiyi. Vətənimin döyünən ürəyi. Təbiətinin füsunkarlığı, gözəllikləri ilə gözoxşayan ulu yurdum.
Qarabağ deyildikdə, sanki, qəlbim titrəyir, bir an gözlərimdə Şuşa, Zəngilan, Xocalı, Füzuli, Laçın, Kəlbəcər canlanır. Xəyalım məni Cıdır düzünə aparır, at belində gəzən igidləri, qəlbləri titrədən Bayatı-şirazı, Qarabağ şikəstəsini yad edirəm. Sən necə də gözəlsən, cənnət diyarım! Qarabağ Vətəndir, anadır. Biz isə ona illərdir qovuşmağı gözləyən övlad. 30 illik həsrət, Vətən nisgili, qəlb ağrısı, kin, nifrət, kədər və bir də əsla sönməyən o sevgi: Qarabağ sevgisi,Vətən sevgisi.
Bəli, Qarabağ 30 il mənfur düşmənin əsarəti və tapdağı altında qaldı.
Qəlbimiz ağrıdı, ürəyimiz sızıldadı. İllərdir xalq öz doğma el-obasından, ocağından uzaq düşmüşdü. İllərdir “biz nə zaman qovuşacağıq?” sualına cavab olaraq tam əminliklə “Biz, əlbət, bir gün dönəcəyik!” deyirdik. Güclü ordumuzua və Ali Baş Komandanımıza inanırdıq və bilirdik ki, bir zamanlar ayaqyalın, əliyalın elindən-obasından didərgin düşən körpələr vaxt gələcək tank belində doğma torpaqlarımıza qayıdacaq, düşməndən qisasımızı alacaqlar.
Üçrəngli, göylər gözəli bayrağımızın Vətən torpağına sancılacağına, onun mavi səmalarda dalğalanacağına, kölgəsində isə yenilməz xalqımın toplanacağına inanırdıq.
Budur! Xalq inandığını yaşadı, gördü.. Bu cümlələrdə, əslində, artıq bütün dünyanın yaddaşına həkk olunan bir tarix yatır! Şanlı-şərəfli bir tarix! Qarabağa böyük qayıdışın tarixi!İgidlərimiz, qəhrəmanlarımız bütün Azərbaycan xalqının intiqam hissilə alıçıb-yanan qəlbindəki o alovu-odu söndürdü! Övladları anaya qovuşdurdu! Ali baş komandanımız İ.Əliyev söylədi:” Əziz xalqım, biz qalibik! Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Uzun, həsrətli illərdən sonra bizi-övladlarını səsləyən, övladlarına qovuşmağı gözləyən Qarabağ azaddır!Vətən torpağna illər sonra atılan o ilk addım necədə qürurlu bir addımdır,necədə fəxarət doludur! Budur,cənnət diyarımız-Qarabağımızda üçrəngli bayrağımız sancıldı. Artıq Qarabağın mavi səmasında bir gözəllik var, bayrağımın rəngləri necədə parlayır.. Əzəmətlə dalğalan ey şanlı bayrağım! Sən aid olduöun torpaqlara sancılmısan artıq,igidlərin əllərilə!Hər qarışı bir xəzinədir vətənimin torpağı..Bu totpaq,bu vətən qeyrətli xalq var olduca var olacaqdır! Necəki 44 günlük şərəfli bir tarix yazdı igidlərimiz! Qələbə qazandı xalq! Bu qələbə bu xalqa necədə yaraşır! Qələəbəmizi şəhidlərimizə,qazilərimizə,arxa cəbhhədə mübarizə aparan qəhrəmanlara borcluyuq!” Nəinki onların,bu cür vətəni sevən, igid, qəhrəman oğullar yetişdirən analrın qarşısında baş əyirik! Aslanın erkəyi,dişisi olmaz!”ı bütün dünyaya sübut edən kişi qeyrətli qadınlarımız, onlarda bu mübarizədə meydanında böyük cəsarət nümunəsi göstərdilər!Bu vətəndə qadın, kişi, uşaq, qoca fərq etməz! Hər kəs üçün Vətən anadır! Vətən döyünən ürəkdir! Qəlbimizdə alışıb-yanan əbədi alovdur, Vətən hər şeydir! Biz döndük ey vətənimin döyünən ürəyi! Ey cənnətim Qarabağ!E bülbülün, Natəvanın vətəni! Qəlbimizin əbədi-sönməz alovu! Sən azadsan! Sən bizimsən!
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Nuray Qurban