Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri martın 15-də İrana məxsus dörd ballistik raketi və altı pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Postxronika.az xəbər verir ki, eskalasiya dövründə ümumilikdə 298 raket və 1600-dən çox PUA məhv edilib. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi gərginlik başlanandan bəri müxtəlif ölkələrin vətəndaşları olmaqla altı nəfər həyatını itirib. Yaralanan 142 şəxs arasında Azərbaycan vətəndaşlarının da adları qeyd olunur. Rəsmi qurumlar son sutka ərzində xəsarət alanların sayının daha bir nəfər artdığını bildiriblər. Hazırda bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə davam etdirilir.