ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasına endirilən zərbələr nəticəsində bölgədəki infrastrukturun demək olar ki, tamamilə sıradan çıxarıldığını bəyan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı neft boru kəmərlərinin qəsdən hədəfə alınmadığını xüsusi vurğulayıb. Ağ Ev rəhbəri bu addımın İranın gələcəkdə yenidən qurulma ehtimalı nəzərə alınaraq atıldığını izah edib. Trampın sözlərinə görə, iqtisadi dayaqların qorunması ölkənin perspektiv inkişafı üçün mühüm strateji qərardır. Bununla belə, o xəbərdarlıq edib ki, ehtiyac yaranarsa, həmin obyektlər bir neçə dəqiqə ərzində məhv edilə bilər. Hazırda bölgədəki hərbi vəziyyət Vaşinqtonun tam nəzarəti altındadır.