Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə qanunsuz əməllərlə məşğul olan şəxs ifşa edilərək məsuliyyətə cəlb olunub.
Postxronika.az xəbər verir ki, keçirilən əməliyyat nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 46 yaşlı Vüsal Zalov müəyyən edilərək saxlanılıb. İlkin araşdırmalar zamanı onun psixotrop maddəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Qeyd edək ki, Vüsal Zalovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman gizlədilmiş, müxtəlif çəkilərdə qablaşdırılmış psixotrop maddə – metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanılıb, istintaq-araşdırma tədbirləri davam etdirilir.