Fransa mediası xəbər verir ki, "Monako"nun yarımmüdafiə ulduzu Lamin Kamara bu yay transfer bazarında ən çox axtarılan oyunçulardan biri olacaq. Məlumatlarda "Fənərbaxça", "Liverpul" və "Atletiko Madrid"in 22 yaşlı oyunçu ilə maraqlandığı vurğulanıb. İddia olunur ki, Fransa komandası 30 milyon avroluq transfer haqqı gözləyir.
Postxronika.az xəbər veir ki, 22 yaşlı ulduzun bu yay "Monako"dan ayrılma ehtimalının yüksək olduğu vurğulanır. Gənc oyunçu bu mövsüm Çempionlar Liqasında və Liqa 1-dəki çıxışı ilə diqqət çəkib. İddia olunur ki, "Monako"nun 22 yaşlı futbolçu üçün transfer haqqı ən azı 30 milyon avrodur. 1,73 metr boyunda olan seneqallı yarımmüdafiəçi bu mövsüm Fransa komandasında 24 rəsmi oyunda 1904 dəqiqə oynayıb və 4 məhsuldar ötürmə edib.