"Qalatasaray"ın ulduzu Barış Alper Yılmaz "Liverpul"la cavab matçından əvvəl diqqət çəkib. "Liverpul"a qarşı hər iki matçda rəqib müdafiəçilərə ciddi problemlər yaradan Barış Alper, İngiltərə nəhəngləri tərəfindən yaxından izlənilir.

Postxronika.az xəbər verir ki, sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la oyununda üç ingilis komandasının "Enfild"də ulduz futbolçunu canlı izləyəcəyi məlum olub. Bildirilir ki, oyunçunun agenti ilə bir müddətdir əlaqə saxlayan "Kristal Palas", "Brayton" və "Nyukasl Yunayted" komandaları ulduz futbolçunu canlı izləyəcək və onun performansı barədə məlumat verəcəklər. Hər üç komanda mövsümün sonuna qədər "Barış"ı izləməyə davam edəcək.