Səbail rayonunda yük avtomobillərindən silsilə oğurluqlar edən şəxs polis tərəfindən saxlanılıb. Daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində, nəqliyyat vasitələrindən pul və sənəd oğurlamaqda şübhəli bilinən 50 yaşlı M.Hüseynov ələ keçib.
Postxronika.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs avtomobil qapılarının açıq qalmasından məharətlə istifadə edib. O, nəzarətsiz qalan maşınlara daxil olaraq oradakı nağd pulları və sənədləri ələ keçirib.
İlkin araşdırmalar zamanı M.Hüseynovun iki ayrı yük avtomobilindən ümumilikdə 830 manat və bank kartı oğurladığı müəyyən edilib. Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.