Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəmizə gətirilən energetik içki partiyasında ciddi uyğunsuzluq müəyyən edilib.
Postxronika.az quruma istinadən xəbər verir ki, Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq dərhal müvafiq addımlar atılıb:
Sözügedən təhlükəli məhsul partiyası məhv edilib;
Həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.