Paytaxtın Binəqədi rayonu ərazisindəki mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.
Postxronika.az xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudlaşma yoxdur.