Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) Novruz bayramı münasibətilə Bakı bulvarında, Qız Qalası ilə üzbəüz dəniz kənarında sakinlər üçün açıq bayram tədbiri təşkil edəcək. Şənlik martın 21-də saat 13:00-da başlayacaq.
Postxronika.az xəbər verir ki, tədbirdə avarçəkənlər akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər. Avarçəkmə qayıqlarını bayraqlarla müşayiət edən skuterlər rəngli görüntülər yaradacaq, paytaxt sakinləri üçün maraqlı viktorinalar və əyləncələr keçiriləcək.
Daha bir yenilik isə uzun fasilədən sonra yelkənli qayıq idman növünün Bakıya qayıtmasıdır. Avarçəkmə qayıqları ilə yanaşı, yelkənli qayıqlar da Novruz şənliyində Xəzərin sularında görünəcək.