İran hökuməti Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ və İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olduğunu rəsmi şəkildə təsdiqləyib.
Postxronika.az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, hücum zamanı Əli Laricani ilə yanaşı, onun alim oğlu Mortaza Laricani və Ali Milli Təhlükəsizlik Şurasının katibinin təhlükəsizlik xidmətinin rəhbəri Sərdar Nejad da həyatını itirib.
Baş vermiş hadisəyə münasibət bildirən İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünü "son dərəcə kədərli hadisə" adlandırıb. Dövlət başçısı bu hücumu həyata keçirən məsul şəxslərə sərt cavab veriləcəyini vurğulayıb.