İran milli komandasının İsrail və ABŞ ilə davam edən müharibəsi səbəbindən 2026-cı il Dünya Kubokunda iştirak etməyəcəyi bildirilmişdi. Meksika və Kanada ilə birlikdə Dünya Kubokuna birgə ev sahibliyi edən ABŞ prezidenti Donald Tramp İranın turnirdə iştirakının təhlükəsiz olmayacağı barədə xəbərdarlıq etmişdi.
Postxronika.az xəbər verir ki, FİFA İranı iştiraka dəvət edən bəyanatı yayıb:
"FİFA 2026-cı il Dünya Kubokunun planlaşdırılması ilə bağlı İran da daxil olmaqla bütün iştirakçı üzv federasiyalarla müntəzəm əlaqə saxlayır. FİFA bütün iştirakçı komandaların 6 dekabr 2025-ci ildə elan edilmiş oyun cədvəlinə uyğun olaraq yarışmasını səbirsizliklə gözləyir."