Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda "Qalatasaray"ı qəbul edəcək "Liverpul" komandasının hollandiyalı ulduzu Virgil van Deyk diqqətəlayiq açıqlamalar verib. Bu gecə UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Qalatasaray" Enfilddə "Liverpul"un qonağı olacaq.

Postxronika.az xəbər verir ki, "Liverpul" İstanbulda ilk matçda 1-0 hesabı ilə məğlub olub. Bu həlledici oyundan əvvəl İngiltərə komandasının hollandiyalı ulduzu Virgil van Deyk "Liverpul"un rəsmi saytı vasitəsilə həm komandaya, həm də azarkeşlərə müraciət edib. Komandasına və geri dönüşə inandığını deyən ulduz müdafiəçi "Qalatasaray" haqqında sözləri ilə də diqqət şəkib. O bildirib ki, Çempionlar Liqası xüsusi bir yarışdır, bu futbol klubu və hər birimiz üçün çox şey ifadə edir. Bu mövqedə olmaq, 1/4 finala çıxmaq şansına sahib olmaq həm imtiyaz, həm də əla fürsətdir.