Beş illik fasilədən sonra Tom Hollandın canlandırdığı "Spider-Man" obrazı yenidən ekranlara qayıdır. "Sony''nin təqdim etdiyi ilk treylerdə Piter Parkerin "No Way Home" hadisələrindən sonra alt-üst olmuş həyatını nizama salmaq cəhdləri nümayiş etdirilib. Baş qəhrəman bu dəfə "hörümçək həyat dövrü" ilə bağlı yaranan sirli fiziki çətinliklərlə mübarizə aparmalı olacaq.
Postxronika.az xəbər verir ki, yeni ekran əsərində Piter Parker Brüs Benner (Halk) və Cəzalandırıcı (Punisher) kimi tanınmış personajlarla güclərini birləşdirir. Aktyorun real həyatdakı tərəfdaşı Zendaya da MJ obrazı ilə layihədə yer alsa da, onun bu dəfəki rolunun əvvəlki hissələrə nisbətən daha kiçik olacağı gözlənilir. "Yepyeni Gün" (Brand New Day) adlı bu film həm də dekabrda nümayiş olunacaq "Qiyamət günü" (Avengers: Doomsday) kinolenti üçün ön hekayə rolunu oynayır. Ekran işinin rejissor kürsüsündə isə Marvel dünyasına bələd olan Destin Daniel Kretton əyləşib.
Rəsmi məlumata görə, bütün dünyanın Parkerin kimliyini unutduğu bir şəraitdə qəhrəman Nyu-Yorku anonim şəkildə qorumağa davam edir. Bir sıra cinayətləri araşdıran Piter daha böyük sirlərlə qarşılaşaraq keçmişinin ağır nəticələri ilə üz-üzə qalır. Filmdə həmçinin Sedi Sink, Maykl Mando və Ceykob Batalon kimi məşhur simalar da çəkilib. Tamaşaçıların maraqla gözlədiyi bu macəranın premyerası iyulun 31-nə planlaşdırılıb.