Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 17 illik övlad həsrəti çəkən pasiyent ana olmaq sevincini yaşayıb. Xarici ölkələrdə aparılan uzunmüddətli və nəticəsiz müalicələrdən sonra bu unikal uğur məhz ölkəmizdə reallaşıb.

Postxronika.az xəbər verir ki, bu sevindirici nəticə İnstitutun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri, dosent Dr. Xəyalə Təhməzinin peşəkar ginekoloji yanaşması sayəsində əldə olunub. Hamiləliyin 27-ci həftəsində, cəmi 1290 qram çəki ilə Aynur Bağırova adlı körpə dünyaya göz açıb.

Vaxtından əvvəl doğulan kiçik Aynur 40 günlük intensiv neonatal müalicə prosesini uğurla keçərək tam sağlamlığına qovuşub və ailəsinə təhvil verilib. Mütəxəssislər bu hadisəni təkcə tibbi uğur deyil, həm də ümidin, səbrin və Azərbaycan səhiyyəsinin növbəti qələbəsi kimi qiymətləndirirlər