Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Liverpul" doğma meydanda "Qalatasaray"ı qonaq etdi.
Oyun 4:0 hesabı ilə başa çatdı. Mersösayd təmsilçisi adını növbəti mərhələyə yazırdı.
Matçda hesabı ilk açan futbolçu Dominik Soboslayi oldu. 25-ci dəqiqədə "Aslanlar"ın qapısına yol tapan macar futbolçu ümumi hesabda komandasına bərabərliyi gətirdi.
İlk hissənin əlavə vaxtlarında İstanbul təmsilçisinin qapısına penalti təyin edildi. 11 metrlik cərimə zərbəsində Uğurcan Çakır səddini keçə bilməyən Muhammed Salah 51-ci dəqiqədə Uqo Ekitikenin hesabı 2:0-a gətirən qolunda məhz məhsuldar ötürməninində sahibidir.
"Cimbom" hələ 2-ci qolu dərk edə bilməmiş 53-cü dəqiqədə qayıdan topa zərbə endirən Qravamberx ev sahibi komandanın 3-cü qolunu vurur.
62-ci dəqiqədə bu dəfə topu üç dirəyin arasından keçirən Muhammed Salah komandasının 4-cü qolunu vurdu.
Hüseyn Rəşadoğlu