Minifutbol üzrə ölkə çempionatında yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. İki oyunun nəticəsinə görə üstün olan “Birbaşa Bakı” və “Zirə” komandaları finala vəsiqə qazanıblar.

Postxronika.az xəbər verir ki, əzəli və barışmaz rəqiblərin iştirakı ilə keçiriləcək final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda oynanılacaq.

Yarışın 3-cü yer uğrunda mübarizəsində isə “Sumqayıt” və “Aznur” komandaları görüşəcək.