Bakının Yasamal rayonunda, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə quraşdırılan yeni svetoforlar artıq istifadəyə verilib.

Postxronika.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, ərazidə nəqliyyat və piyada bölməli 9 ədəd yeni svetofor quraşdırılıb. Bu svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir.

Qeyd edək ki, sözügedən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi layihə çərçivəsində icra edilib.