Bakının Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb. Lakin o, daha sonra avtomobilini geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.

Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.