Martın 18-də polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 76, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində axtarışda olduğuna görə ümumilikdə 241 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 27 fakt müəyyən edilib. Həmçinin, müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.