Martın 18-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş şəxslərin tapılması istiqamətində müsbət nəticələr əldə olunub.

Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan ümumilikdə 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.