"Jirona"nın baş məşqçisi Mişel Sançez "Mançester Siti"nin sükanı arxasında Xosep Qvardiolanı əvəzləmək niyyətində olduğunu açıqlayıb. İspaniyalı mütəxəssis "Mirror" nəşrinə müsahibəsində istənilən top-klubu çalışdırmağa hazır olduğunu, adaptasiya bacarığına güvəndiyini və özünü İngiltərə nəhəngində sınamaq istədiyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, əlli yaşlı çalışdırıcı 2021-ci ildən bəri Kataloniya təmsilçisinə rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə klub əvvəlcə La Liqaya yüksəlib, 2023/24 mövsümündə isə İspaniya çempionatının bürünc medallarına yiyələnib. Xatırladaq ki, Qvardiolanın "şəhərlilər"lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.