İtaliyada keçirilən Paralimpiya Oyunlarında uğurla çıxış edən bir qrup rusiyalı idmançı və rəsmi şəxs Ukraynanın ekstremist "Mirotvorets" portalının bazasına daxil edilib. Həmin siyahıya para alp xizəkçiləri Varvara Voronçixina ilə Aleksey Buqayev, həmçinin kross ustaları Anastasiya Baqiyan və İvan Qolubkovla yanaşı, yığmanın baş məşqçisi İrina Qromova və şərhçi Sergey Sinyakin də salınıb.
Postxronika.az xəbər verir ki, adıçəkilən nümayəndə heyəti son yarışlarda cəmi səkkiz qızıl, bir gümüş və üç bürünc medal qazanaraq komanda hesabında üçüncü pillədə qərarlaşıb. Milli təhlükəsizliyə təhdid yaradan şəxsləri ifşa etmək məqsədilə 2014-cü ildə yaradılmış bu veb-resurs illərdir ki, fərqli sahələrin tanınmış nümayəndələrini hədəfə alır. Belə ki, xüsusilə Krım və Donbasa səfər edən, eləcə də rəsmi Kiyevin siyasətinə zidd mövqe sərgiləyən şəxslərin fərdi məlumatları mütəmadi olaraq burada ictimailəşdirilir.