Məşhur ssenarist Drü Qoddard "Marslı" filmindən sonra "Project Hail Mary" ekran işi ilə yenidən kosmik dram janrına iddialı qayıdış edib. Baş rolunda Rayan Qoslinqin çəkildiyi bu film rejissorlar Fil Lord və Kris Miller tərəfindən geniş ekranlara çıxarılıb. Ekran əsəri təkbaşına kosmosda qalan bir qəhrəmanın sağ qalma mübarizəsindən bəhs edir.
Postxronika.az xəbər verir ki, təxminən 248 milyon dollar büdcəsi olan layihə xüsusi olaraq kinoteatrlar üçün hazırlanıb. Qoddard qeyd edib ki, yüksək maliyyə xərcləri filmin vizual əzəmətini və interqalaktik miqyasını əks etdirməyə xidmət edir. Ssenaristin sözlərinə görə, Rayan Qoslinq kimi universial bir aktyorun layihədə iştirakı bütün yaradıcılıq tərəddüdlərini aradan qaldırıb. Müəllif büdcəni ssenari yazarkən deyil, işə başlamaq qərarı verərkən əsas meyar kimi götürdüyünü vurğulayıb.
Hazırda reytinqlərdə lider olan "High Potential" serialı ilə uğurunu davam etdirən müəllif müxtəlif janrlar arasında keçid etməyi sevir. O, klassik televiziya formatının dinamikasını bərpa etmək üçün bu layihəni yeddi mövsüm davam etdirməyi planlaşdırır. Ssenarist bildirib ki, keyfiyyəti qorumaq üçün illik seriya sayını balansda saxlamaq komanda üçün daha məqsədəuyğundur. Qoddard hər zaman riskli və geniş təxəyyül tələb edən işlərə üstünlük verdiyini xüsusi qeyd edib.