Martın 20-də polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş şəxslərin tapılması təmin edilib.
Postxronika.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün axtarışa verilən ümumilikdə 9 nəfərin yeri müəyyənləşdirilib. Həmin şəxslər aidiyyəti üzrə yaxınlarına təhvil veriliblər.