Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın yığılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Postxronika.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 20-də paytaxt Bakı və respublikanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı 5 avtomat silahı, 9 tüfəng və 1 patron darağı aşkar olunaraq götürülüb.

Bundan əlavə, profilaktik tədbirlər çərçivəsində müxtəlif çaplı 117 ədəd canlı patron da polis tərəfindən dövriyyədən çıxarılıb.