"Mançester Yunayted" klubu "Bayern"in sol cinah müdafiəçisi Alfonso Deyvisi öz heyətinə qatmaq istəyir. Jurnalist Kristian Falkın məlumatına əsaslanan "Caught Offside" nəşri qeyd edir ki, "qırmızı şeytanlar" bu transferi reallaşdırmaqda maraqlıdır.

Postxronika.az xəbər verir ki, İngiltərə təmsilçisinin kanadalı oyunçu ilə razılığa gəlməsi heç də asan olmayacaq. Əsas maneə 25 yaşlı idmançının 2025-ci ilin fevralında Almaniya nəhəngi ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatmasıdır. Eyni zamanda, klub rəhbərliyi 2019-cu ildən bəri Münhendə çıxış edən və zədə, eləcə də xəstəlik üzündən indiyədək 19 qarşılaşmanı buraxan futbolçunun sağlamlıq durumundan müəyyən qədər narahatdır. Qeyd edək ki, "Transfermarkt" portalının qiymətləndirməsinə görə, istedadlı müdafiəçinin hazırkı bazar dəyəri 45 milyon avro təşkil edir.