İranın ballistik raket imkanları ilə bağlı beynəlxalq mətbuatda səs-küyə səbəb olan məlumatlar yayılıb.

Postxronika.az xəbər verir ki, "Wall Street Journal" nəşri İranın Hind okeanındakı Dieqo-Qarsiya bazasına iki raket atdığını iddia edib.

Hesabata görə, raketlərdən biri nasazlıqla üzləşib, digəri isə SM3 sistemi tərəfindən havada vurulub. Dieqo-Qarsiya Hind okeanında yerləşən ABŞ və İngiltərənin birgə hərbi bazasıdır.

İranın ən yaxın nöqtəsindən bu bazaya qədər olan 4 min kilometrlik məsafə rəsmi uçuş mənzilinin iki qatıdır. Bu iddiaların doğruluğu İran raket texnologiyasının elan ediləndən daha üstün olması deməkdir.