İsrail Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın dəstəyi ilə Livanın paytaxtı Beyrutda "Hizbullah" qruplaşmasının qərargahlarına silsilə zərbələr endirib.
Postxronika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, gecə saatlarında Livanın cənubunda keçirilən quru əməliyyatı zamanı "Givati" briqadasının döyüşçüləri qarşı tərəfin silahlılarını aşkar edərək zərərsizləşdiriblər. Toqquşmalar nəticəsində aviasiya zərbəsi və tank atəşi ilə "Hizbullah"ın bir neçə üzvü öldürülüb.
İsrail tərəfi əməliyyat zamanı hərbçiləri arasında heç bir itkinin olmadığını bildirib.