Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinə təbrik məktubu ünvanlayıb. 

Postxronika.az xəbər verir ki, Putin, təbriklərində sözügedən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ikili münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və qarşılıqlı faydalı, çoxşaxəli əlaqələrin uğurla inkişaf etməyə davam edəcəyinə əminliyini bildirib.

Rusiya dövlət başçısı həmçinin İranın ali rəhbəri Müctəba Xamenei və İran Prezidenti Məsud Pezeşkiana da Novruz bayramı təbriklərini göndərib. Putin mesajında İran xalqının hücumlar səbəbindən yaşadığı "bu çətin sınaqları" ləyaqətlə geridə qoymasını arzulayıb. O, Moskvanın bu çətin dövrdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olmağa davam etdiyini vurğulayıb.