"Beşiktaş"lı futbolçu iki böyük Premyer Liqa klubunun, eləcə də İtaliya çempionluğunu qazanmağı planlayan "İnter"in diqqət mərkəzindədir. Orkun 2025-ci ilin yayında təxminən 30 milyon avroya "Benfika"dan ağ-qara komandaya transfer olunub.

Postxronika.az xəbər verir ki, hazırda "Mançester Yunayted" və "Tottenhem" klubları bir müddətdir oyunçuyla maraqlanır.

Məlumata görə, "Kasımpaşa" matçında tribunada olan klub skautları Orkuna yüksək qiymət veriblər. Həmçinin, İtaliya A Seriyasında çempionluğun ardınca düşən "İnter Milan" Orkun Kökçünü heyətinə qatmağı planlayır.