"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard "Real"ın müdafiəçisi Trent Aleksandr-Arnoldun mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün İngiltərə yığmasına çağırılmamasına təəccübləndiyini bildirib.

Postxronika.az xəbər verir ki, mütəxəssisin fikrincə, sağ cinahda rəqabətin güclü olmasına baxmayaraq, istedadlı futbolçu ölkənin ən yaxşı 35 oyunçusu siyahısında yer almağa layiqdir. Sabiq yarımmüdafiəçi vurğulayıb ki, qapalı müdafiəni yarmaq lazım gəldikdə, Trent ehtiyatdan oyuna daxil olaraq tək bir ötürmə ilə həlledici rol oynaya biləcək nadir istedadlardandır. Bununla belə, o, heyət seçimi zamanı oyunçunun matç praktikası, fiziki forması və meydandankənar amillərin də məşqçilər korpusu tərəfindən mütləq nəzərə alındığını istisna etməyib. Qeyd edək ki, milli komanda qarşıdan gələn sınaq matçlarında müvafiq olaraq martın 27-də Uruqvay, 31-də isə Yaponiya yığmaları ilə qüvvəsini sınayacaq.