Martın 21-də polis əməkdaşları tərəfindən həyata keçirilən operativ axtarış tədbirləri nəticəsində itkin düşmüş şəxslərin tapılması təmin edilib.
Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün axtarışa verilən ümumilikdə 4 nəfərin yeri müəyyənləşdirilib. Həmin şəxslər tapılaraq aidiyyəti üzrə yaxınlarına təhvil veriliblər.