ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmilərin sərbəst hərəkəti üçün tam açılmayacağı təqdirdə, rəsmi Tehrana qarşı kəskin addımlar atılacağını bəyan edib.
Postxronika.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" hesabında paylaşım edərək, qarşı tərəfə 48 saat vaxt tanıdıqlarını bildirib. Ağ Ev rəhbəri tələbin yerinə yetirilməyəcəyi təqdirdə, İranın ən böyük elektrik stansiyalarına sarsıdıcı zərbələr endiriləcəyini vurğulayıb.
Xatırladaq ki, Tehran tərəfi bir müddət əvvəl strateji əhəmiyyətli su yolu vasitəsilə ABŞ və müttəfiqlərinə aid yanacaq daşınmasına icazə verməyəcəyini açıqlamışdı. Regionda gərginlik fevralın sonunda başlanan hərbi toqquşmalar və qarşılıqlı raket hücumları fonunda kritik həddə çatıb. Hazırda dünya neft ixracının beşdə birinin keçdiyi bu keçid məntəqəsi ətrafında hərbi qarşıdurma riski artmaqdadır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmilərin sərbəst hərəkəti üçün tam açılmayacağı təqdirdə, rəsmi Tehrana qarşı kəskin addımlar atılacağını bəyan edib. Postxronika.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" hesabında paylaşım edərək, qarşı tərəfə 48 saat vaxt tanıdıqlarını bildirib.