İran İslam Respublikası Hörmüz boğazında dəniz təhlükəsizliyini təmin etmək məqsədilə Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Postxronika.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təşkilatdakı nümayəndəsi Əli Musavi açıqlama verib. O bildirib ki, strateji əhəmiyyətli boğaz "İranın düşmənləri" ilə əlaqəli olan gəmilər çıxılmaqla, bütün tərəflər üçün açıq qalır.
Onun sözlərinə görə, gəmilərin boğazdan keçidi yalnız rəsmi Tehranla təhlükəsizlik tədbirlərinin öncədən koordinasiya edilməsi şərti ilə mümkündür. Musavi mövcud gərginliyə görə birbaşa ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi hücumları günahlandıraraq vəziyyətin sabitləşməsi üçün bu addımların dayandırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar fonunda Hörmüz boğazı qlobal enerji daşımaları üçün ən riskli nöqtələrdən biri hesab olunur.