"Çelsi" klubu 2023-cü ildə heyətinə qatdığı argentinalı yarımmüdafiəçi Enzo Fernandezə xərclədiyi 120 milyon avronu geri qaytarmaq niyyətindədir. İngiltərənin əlverişsiz hava şəraitinə və günəş işığının azlığına uyğunlaşa bilməyən cənubi amerikalı oyunçunun Londonu tərk etmək istədiyi bildirilir.
Postxronika.az xəbər verir ki, bu vəziyyətdən istifadə etmək istəyən "Real" tələb olunan məbləği ödəməyə hazırdır, lakin "Kral klubu" keçidi rəsmiləşdirmək üçün əvvəlcə heyətindəki bəzi futbolçularla yollarını ayırmalıdır. Əgər 2022-ci ilin dünya çempionu İspaniya nəhənginə yollanarsa, onun ilk klubu olan "River Pleyt" də bu razılaşmadan təxminən 5 milyon avro gəlir əldə edəcək. Hazırda bazar dəyəri 90 milyon avro qiymətləndirilən və müqaviləsi 2032-ci ilə qədər qüvvədə olan istedadlı idmançı cari mövsüm çıxdığı 46 matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.