Tanınmış idman jurnalisti Fabritsio Romano "Barselona"nın polşalı ulduzu Robert Levandovskinin klubla müqaviləsini uzadacağı barədə yayılan şayiələrə aydınlıq gətirib.
Postxronika.az xəbər verir ki, futbolçunun meneceri Pini Zahavi ilə rəhbərlik arasındakı son görüşlərdə hücumçunun komandada daha bir mövsüm qalma ehtimalı müzakirə edilsə də, hələlik heç bir rəsmi razılıq əldə olunmayıb. Hazırda təcrübəli forvardın qarşısında İspaniya nəhəngində çıxışına davam etmək və ya digər Avropa komandalarının təkliflərini dəyərləndirmək kimi müxtəlif seçimlər var. Bundan əlavə, uzun müddətdir onu transfer etmək istəyən Səudiyyə Ərəbistanı təmsilçiləri və ABŞ-nin MLS liqası da cəlbedici variantlar arasındadır. İnsayderin sözlərinə görə, agentlər sadəcə mövcud yolları təqdim edirlər və karyerası ilə bağlı yekun qərarı məhz qolador özü verəcək.