Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Postxronika.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.
Qeyd edək ki, komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.